Məşhur aktrisa koronavirusa yoluxdu

Aktrisa Hilari Daff koronavirusa yoluxub.
Publika.az xəbər verir ki, hazırda "Younger" adlı ekran işinə çəkilən aktrisa tez-tez Covid-19 testi edildiyindən virusa yoluxub. Hilari test olunarkən virus gözünə keçib. Qəribə şəkildə Covid-19-a yoluxan Daff bununla bağlı sosial media hesabında paylaşım edib.
“Sonuncu dəfə test olunduqdan sonra gözlərimdə qəribə ağrı hiss etdim. Sonra qızarmağa başladı. Xəstəxənaya getdim və gözümdən virusa yoluxduğmu öyrəndim”,- Hilari bildirib.
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/magazin2/342750.html