Bakıda motosikl avtobusla toqquşdu: xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Sürücü, 2001-ci il təvəllüdlü Yusifov Kənan Mahir oğlu motosikletlə hərəkətdə olarkən idarə etdiyi nəqliyyat vasitəsi sərnişin avtobusu ilə toqquşub. Nəticədə K.Yusifov xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona üz-çənə sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/530468.html