D vitamininin azlığı CİDDİ FƏSADLAR YARADIR

 23:50 13.01.2021     48

Xüsusilə koronavirus infeksiyası ilə mübarizə dönəmində vitamin D bədənimizdə çox əhəmiyyətli rol oynayır.

Milli.Az xəbər verir ki, bu vitamin çatışmazlığı dünyanın demək olar ki, bütün ölkələrində geniş yayılıb.

Amma insanların əksəriyyəti vitamin D-nin çatışmazlığından şübhələnmirlər.

Bəs D vitamini çatışmazlığının əlamətləri hansılardır?

Mütəxəssislərin fikrincə aşağı səviyyədə olan vitaminlər aşağıdakı pozğunluqlarla özünü göstərə bilər:

Sümüklərdə və beldə ağrı,
Yorğunluq
Depresif vəziyyətlər
Saç tökülməsi
Astmanın kəskinləşməsi
Ürək-damar xəstəliklərinə həssaslıq

Bütün bu problemlər D vitamini çatışmazlığının simptomları sayıla bilər. Əlbətdə başqa səbəblər də ola bilər. Amma bu əlamətlərdən biri varsa, D vitamini səviyyəsini yoxlatmaq və terapevtlə məsləhətləşərək qan analizi vermək lazımdır. (publika.az)

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/910569.html