F-35 qırıcısında 900 qüsur aşkarlandı - Pentaqon

 00:13 14.01.2021     48

F-35 qırıcısında təyyarənin döyüş hazırlığına mənfi təsir göstərən təxminən 900 qüsur var.

Axar.az xəbər verir ki, bu barədə Pentaqonun sınaqlar üzrə idarəsindən məlumat yayılıb.

“ABŞ-ın ən bahalı silahının hələ də bir çox qüsuru var, bunların əksəriyyəti öncədən müəyyən edilib. Problemlər təyyarənin proqram təminatı və aparatı ilə bağlıdır. Bu qüsurların 10-u ciddi problemlərdir. Onlar pilotların təhlükəsizliyini zərbə altına qoya və hərbi əməliyyatlar zamanı effektivliyini azalda bilər”, - məlumatda bildirilib.

Qeyd olunub ki, təyyarə Rusiya və Çin təhdidlərinə qarşı savaşa hazır olduğunu təsdiqləmək üçün simulyasiya təlimlərindən keçməlidir. Yalnız bundan sonra F-35-lərin kütləvi istehsalına başlanıla bilər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/530475.html