Tounkara yenə "Keşlə"ni müdafiə edəcək

 00:31 14.01.2021     53

"Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib.

Publika.az xəbər verir ki, paytaxt təmsilçisi malili yarımmüdafiəçi Sadio Tounkaranı transfer edib.

29 yaşlı oyunçu ilə rəsmi müqavilə imzalanıb. O, cari mövsümün sonunadək "Keşlə"nin formasını geyinəcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycanda "Xəzər Lənkəran", AZAL, "Zirə" klublarında çıxış etmiş Sadio Tounkara Kiprdə "EN Paralimniou" və Estoniyada "Narva Trans"ın şərəfini qoruyub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/342756.html