İtaliyada 355 mafiozun məhkəməsi başlandı

 00:42 14.01.2021     47

İtaliyada “Ndrangeta” kriminal sindikatının 355 üzvü Lamesiya-Terme şəhərindəki məhkəmə qarşısına çıxarılıb.

Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Mafiya üzvləri 1990-2019-cu illərdə törədilmiş çoxsaylı zorakılıqlar, qətl, narkotika ticarəti, reketlik, çirkli pulların yuyulması, rüşvətxorluqda ittiham olunur.

İlk iclas zamanı təqsirləndirilən şəxslərin siyahısını oxumaq üç saat çəkib.

Prosesin əsas qəhrəmanı İtaliyanın ən məşhur prokuroru Nikola Qratteridir. 62 yaşlı Qratterinin rəhbərlik etdiyi uzun araşdırmalar 2019-cu ilin dekabrında İtaliya, Almaniya, İsveçrə və Bolqarıstanda keçirilən kütləvi həbslərlə nəticələndi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/530480.html