"Beşiktaş"dan çətin, "Başakşəhər"dən inamlı qələbə

 01:01 14.01.2021     50

Yanvarın 13-də futbol üzrə Türkiyə Kubokunda səkkizdəbir final mərhələsinin daha 3 oyunu keçirilib.

Axar.az xəbər verir ki, "Başakşəhər" səfərdə "Tuzlaspor"un qonağı olub. Görüş qonaqların 5:1 hesablı qələbəsi ilə bitib. Digər İstanbul təmsilçisi olan "Beşiktaş"da doğma meydanda "Rizəspor" minimal hesabla məğlub edərək dörddəbir finala vəsiqəni təmin edib.

Günün digər matçında isə "Konyaspor" öz meydanında "Qaziantep"i 2:1 hesabı ilə üstələyib.

Türkiyə kubokunun növbəti oyunları yanvarın 14-də keçiriləcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/530482.html