Böyük risk altındayıq - Consondan xəbərdarlıq

 01:21 14.01.2021     45

Reanimasiya şöbələri yeni növ koronavirus epidemiyası səbəbindən böyük risk altındadır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə İngiltərə Baş naziri Boris Conson çıxış edib.

Conson Milli Səhiyyə Xidmətinin çox çətin vəziyyətdə olduğunu söyləyib:

"Reanimasiya şöbələrinin nə vaxt xəstələrlə dolacağını soruşsanız, bir proqnoz verə bilmərəm, ancaq reanimasiya şöbələrinin böyük risk altında olduğunu deyə bilərəm. Təzyiqi azaltmağımız lazımdır. Bunun üçün yalnız bir yol var. Karantin rejiminə davam!"


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/530490.html