İtkin düşən daha bir əsgərimizin şəhid xəbəri gəldi - FOTO

 01:31 14.01.2021     48

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Publika.az xəbər verir ki, söhbət 27 yaşlı əsgər Cəlal Yaqub oğlu Bayramovdan gedir.

İki aydan artıqdır ki, ailəsinin xəbər ala bilmədiyi Cəlalın şəhid xəbəri gəlib. O, bu gün Saatlıda torpağa tapşırılacaq.

Qeyd edək ki, Cəlal Bayramov ötən il sentyabrın 29-da Saatlı rayonu Səfərbərlik Xidmətinin çağırışı ilə təlimə yollanıb. Əvvəlcə Gəncə şəhərində təlimdə olub. Ondan sonra onları qruplara ayıraraq cəbhəyə göndəriblər. Cəlal sonuncu dəfə Laçında ikən ailəsi ilə əlaqə saxlaya bilmişdi. / "Qafqazinfo"


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/qarabag/342759.html