Alman nazirdən Qarabağ açıqlaması: PUA-lar göstərdi ki...

 00:16 17.01.2021     75

PUA-lara qarşı daha güclü hava müdafiə sistemləri yaratmalıyıq.

Axar.az xəbər verir ki, bunu Almaniya müdafiə naziri Anneqret Kramp-Karrenbauer deyib.

“Qarabağ müharibəsində PUA-larla fərqli və uğurlu əməliyyatlar aparıldığının şahidi olduq. Bu onu göstərdi ki, PUA-lar asimmetrik təhlükə yarada bilər. Bunlardan dövlətlərlə yanaşı, başqa qrupların, terror təşkilatlarının istifadə etmə ehtimalı da var. Buna görə də bütün hava müdafiə sistemlərimizi yenidən gözdən keçirməyimiz vacibdir”, - nazir bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/531266.html