Ər-Riyad qərarını verdi: Dohada səfirlik yenidən açılır

 00:40 17.01.2021     56

Səudiyyə Ərəbistanı Qətərdəki səfirliyini yenidən açmaqla bağlı qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan əs-Səud deyib.

“Səfirlik logistik məsələlər həll edildikdən sonra açılacaq”, - XİN rəhbəri bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn ilə Qətər arasında 3 ildən artıqdır davam edən diplomatik böhran yanvarın əvvəllərində imzalanan razılaşma ilə sona çatıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/531268.html