Bayden hərəkətə keçdi: Obamanın adamları...

 01:30 17.01.2021     84

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Dövlət Departamentindəki bəzi vəzifələrə yeni namizədlərin adlarını açıqlayıb.

Axar.az xəbər verir ki, Bayden əsasən ABŞ-ın sabiq prezidenti Barak Obama dövründə vəzifədə olan bəzi diplomatları ətrafına toplamağa çalışır.

O, dövlət katibinin müavini vəzifəsinə hazırda Harvard Universitetində dərs deyən Vendi Şermanı, siyasi məsələlər üzrə müavini vəzifəsinə isə Viktoriya Nulandı namizəd göstərib.

Qeyd edək ki, Şerman Obama hakimiyyəti vaxtı İranla aparılan nüvə danışıqları zamanı ABŞ-ı təmsil edən heyətin əsas simalarından olub.

Nuland isə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/531254.html