Kral və kraliça da peyvənd oldu

İsveç kralı və kraliçası koronavirusa qarşı peyvənd olunublar.
Axar.az xəbər verir ki, Kral Karl XVI Qustav və Kraliça Silviya hazırda yaşadıqları Stenhammar qalasında ilk dozalarını alıblar.
“Ümid edirəm ki, yaxın aylarda hər kəs peyvənd olunmaq qərarına gələcək. Bununla da birlikdə və mümkün qədər tez zamanda bu çətin vəziyyətin öhdəsindən gələ biləcəyik”, - Kral deyib.
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/531278.html