İvanişvili getdi, Kobaxidze gəldi - Gürcüstanda DƏYİŞİKLİK

 03:13 17.01.2021     62

Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının qurultayı keçirilib.

Aktual.ge xəbər verir ki, toplantıda İrakli Kobaxidzenin partiyanın sədrliyinə namizədliyi yekdilliklə dəstəklənib.

Yeni sədr göstərilən etimada görə minnətdarlığını bildirib.

Qurultayda partiyanın 21 üzvdən ibarət Siyasi Şurası formalaşıb, icraçı və siyasi katiblər də seçilib.

Qeyd edək ki, İ.Kobaxidze bundan öncə “Gürcü Arzusu”nun icraçı katibi olub. 43 yaşlı siyasətçi 2016-2019-cu illərdə Gürcüstan parlamentinin sədri vəzifəsini tutub.

Partiyanın keçmiş sədri Bidzina İvanişvili yanvarın 11-də vəzifəsini tərk edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/343112.html