Rusiyada daha 481 nəfər koronavirusdan öldü

 16:41 17.01.2021     60

Rusiyada koronavirusa yoluxanların sayı 3,56 milyonu keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 23 586 nəfər virusa yoluxub, 481 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 568 209 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 65 566 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 960 431 şəxs virusdan sağalıb. Qeyd edilir ki, Rusiyanın bütün 85 bölgəsində koronavirusa yeni yoluxma halları aşkar edilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/914398.html