Mata “Valensiya”ya qayıdır

 16:47 17.01.2021     67

İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Xuan Mata vətəni İspaniyaya qayıtmağa hazırlaşır.    

Milli.Az apasport.az-a istinadən bildirir ki, 33 yaşlı orta sahə oyunçusu yenidən "Valensiya"nın formasını geyinməyə yaxındır.

"Qırmızı şeytanlar"la müqavilə müddəti mövsümün sonuna qədər olan Mata yeni sözləşməyə razılıq vermir. İspaniya millisinin üzvü ilk peşəkar komandası olan "Valensiya"da oynamağa maraqlıdır. "Yarasalar" da maliyyə problemi səbəbindən onu yayda azad agent kimi heyətə cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, Xuan Mata 2007-2011-ci illərdə "Valensiya"nın formasını geyinib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/914408.html