Dünyanın gözü ABŞ-da: Vaşinqtona 25 minlik qoşun yeridilir - FOTO

 16:48 17.01.2021     64

Trampın prezidentlik postunu təhvil verməsinə üç gün qaldığı bir vaxtda bütün dünyanın gözü suların hələ də durulmadığı ABŞ-a yönəlib.

Publika.az xəbər verir ki, ölkədə Konqresə basqından sonra hər an yeni hadisələrin baş verə biləcəyindən ehtiyatlanaraq sanki fövqəladə vəziyyət baş verir.

Beynəlxalq xəbər agentlikləri bu anları sübut etmək üçün Ağ Evin qarşısından və digər mərkəz yerlərdən fotoşəkillər yayımlayır.

Ölkə "Boogaloo Boys" hərəkatı adlı qrupun bu gün həyata keçirə biləcəyi hadisələrə köklənib. "Boogaloo Boys" hərəkatı Milli Qvardiyanın ölkə daxilində çağırılmasına baxmayaraq, bu gündən 50 ştat paytaxtında silahlı mitinqlər üçün irəlilədiyini elan edib.

Onlar hökumət əleyhinə mitinqlərə gələcək şəxslərə "silahlı gəlin" çağırışı ediblər. Bu xəbərlər 6 yanvarda ABŞ-ı silkələyən, 5 nəfərin ölümü ilə nəticələnən nümayişlərdən sonra ölkəni təşvişə salıb. ABŞ-da on əyalət potensial təhdidlərlə mübarizə aparmaq üçün Milli Qvardiyasını yerləşdirib. Qoşunlar həmçinin paytaxt Vaşinqtona göndərilib, ölkədə şiddətin artmasından böyük narahatlıq var.

20 yanvarda prezident seçkilərində qalib olan Co Baydenin vəzifəsinə başlamasına qədər Konqres binasını və küçələri mühafizə etmək üçün 25 min Milli Qvardiya üzvü Vaşinqtona gətiriləcək.

Akqabay


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/abs/343160.html