"Real" Ramosun maaşını azaldır

 17:36 17.01.2021     75

"Real"ın kapitanı Serxio Ramosun klubdakı gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

Qol.az ABC-yə istinadən xəbər verir ki, "kral klubu" 35 yaşlı müdafiəçi ilə yeni müqavilə imzalamağı planlaşdırır. Lakin ispaniyalı oyunçunun maaşının azaldılmasına razı olmasını tələb edir.

Ramos isə hazırkı məvacibi (12 milyon avro) saxlanılmaqla 2 illik yeni sözləşmə imzalanmasını istəyir.

Qeyd edək ki, Ramos 2005-ci ildən "Real"da çıxış edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/914422.html