İraqda dəhşətli hadisə - Çox sayda ölən var

 17:42 17.01.2021     76

İraqın Sincar bölgəsində zərərsizləşdirildiyi düşünülən nəqliyyat vasitəsinə yerləşdirilən bomba partlayıb.

Publika.az xəbər verir ki, hadisədə 8-i hərbçi olmaqla 9 nəfərin öldüyü bildirilib.

Sincar bölgəsinin valisi Mihma Xəlil bomba zərərsizləşdirilərək başqa bir bölgəyə köçürülməyə cəhd edildiyi zaman partlayış olduğunu söyləyib. O, məhv edildiyi düşünülən bombanın İraq ordusuna aid nəqliyyat vasitəsinin içərisində partladığını qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/diger/343163.html