Qoncadan Hakanı əsəbiləşdirəcək paylaşım

 18:09 17.01.2021     59

Bir müddət əvvəl müğənni Hakan Altunla sevgili olub ayrılan Qonca Vuslateri maraqlı paylaşımları ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, əvvəlcə paylaşdığı "insan yalanlar, saxtakarlar, böhtanlar və ona xəyanət edənlər sayəsində ümidini itirir" sözləri ilə Hakana eyham vurub.

Daha sonra etdiyi paylaşımı ilə isə Altunu qəzəbləndirib. "Türkiyənin ən gözəl səsi olan kişi müğənnisi Teomandır " sözlərini yazaraq sosial media hesabında paylaşım edib. İstifadəçilər aktrisanın bu hərəkəti ilə keçmiş sevgilisini artıq görməzdən gəldiyini və onu əsəbiləşdirmək istədiyini bildirib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/914430.html