Sarımsaq insana hansı halda zərərlidir? - Qastroenteroloq

 19:10 17.01.2021     75

Rusiyalı qastroenteroloq Nikita Xarlov sarımsağın bir neçə kateqoriya insanlar üçün çox zərərli olmasını açıqlayıb.

Milli.Az bildirir ki, indi insanlar viruslardan qorunmaq üçün çoxlu sarımsaq yeməyə üstünlük verir. Bununla özləri də bilmədən bəzi problemlərə yol açırlar.

Belə ki, sarımsaq nəinki bakteriya və göbələkləri öldürür, həm də mədə, mədəaltı vəz, qida borusu, bağırsağın selikli qişasını qıcıqlandırıb, zədələyir.

Reflüks, qıcıqlanmış bağırsaq sindromu, qastrit, duotenit, öd problemi olan insanlarda bir diş sarımsaq belə əks cavab reaksiyası verə bilər.
Sarımsaq şirəsini boğaza, buruna tökmək olmaz.

Həkim məsləhət görür ki, sarımsağı çiy halda yox, qidalara qatıb yemək daha faydalıdır. İstifadədən əvvəl sarımsağı 2 yerə bölüb, bir qədər saxlayın. Hava ilə təmasdan ondakı efir yağlarının təsiri artır. /medicina.az

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/889267.html