Türkiyədən vaz keçən türk futbolçu "Fənərbaxça"ya gəlir

 19:43 17.01.2021     103

“Arsenal”ın türk əsilli yarımmüdafiəçisi Məsud Özil yanvarın 18-i Ankara vaxtı ilə 00:15-də Türkiyəyə eniş edəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Özilin İstanbul klubu "Fənərbaxça" ilə 3,5 illik müqavilə imzalayacağı və 67 nömrəli formanı geyinəcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl Məsud Özilə Türkiyə yığmasında çıxış etmək təklif edilsə də, o, Almaniya millisini seçmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/531401.html