Niderlandda etiraz: Polis su şırnaqlarından istifadə etdi

 19:55 17.01.2021     84

Niderlandın paytaxtı Amsterdamda hökumətin koronavirus siyasətinə qarşı aksiya keçirilib.

Axar.az xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.

Bildirilir ki, nümayiş qadağan edilsə də, yüzlərlə insan hökumətin pandemiya ilə bağlı məhdudiyyətlərinə etiraz olaraq şəhərin mərkəzi meydalarından birinə toplaşıb.

Məlumata görə, polis icazəsiz aksiyanın dağıtmaq üçün su şırnaqlarından istifadə edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/531402.html