İndoneziyadakı təyyarə qəzası ilə bağlı müəmmalı olay

 20:53 17.01.2021     78

İndoneziyada xilasedicilər Yava dənizində qəzaya uğramış “Boinq-737-500” sərnişin təyyarəsinin ikinci qara qutusunun siqnallarını itiriblər.

Axar.az xəbər verir ki, bu barədə yanvarın 17-də İndoneziya Axtarış-Xilasetmə Milli Agentliyinin rəhbəri Bambanq Surio Aci məlumat verib.

“Bu gün biz əlimizdə olan avadanlıq vasitəsilə səsyazan qurğunun siqnallarını tuta bilmirik”, - deyə B.S.Aci bildirib.

Qeyd edib ki, xilasedicilər bu ərəfədə qurğunun hissələrini aşkar etsələr də, orada əsas yaddaş elementi aşkar edilməyib. B.S.Aci əlavə edib ki, hazırda bütün əsas işlər xüsusi sualtı robotlar vasitəsilə aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/531411.html