Rusiya Qarabağda nə qədər sahəni təmizlədi?

 21:05 17.01.2021     69

Son sutka ərzində Rusiya sülhməramlıları Qarabağda nəzarətlərində olan ərazidə 21 hektar sahəni, 4 km yolu və 32 evin həyətini minalardan təmizləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Ümumilikdə 23 noyabrdan bəri minalardan 551 hektar sahə, 205,3 km yol, 783 həyət, 25 sosial obyekt təmizlənib, 23.723 partlayıcı maddə götürülüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/531414.html