Bu ölkədə bələdiyyə sədrinə hücum edildi: ölənlər var

"Əş-Şəbab" terror qruplaşması Somalinin Aşağı Şabelle bölgəsinin bələdiyyə sədri Əbdülqədir Sidinin kortejinə hücum edib.
Axar.az xəbər verir ki, terrorçuların korteji atəşə tutması nəticəsində 6 əsgər həlak olub, 4-ü yaralanıb.
Hadisə zamanı bələdiyyə sədri xəsarət almayıb. Yaralı əsgərlər helikopterlə paytaxt Moqadişuya aparılaraq xəstəxanaya yerləşdirilib.
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/531413.html