Model onu təhqir edən izləyicisini MƏHKƏMƏYƏ VERDİ

 21:13 17.01.2021     66

Model Didem Soydan onu təhqir edən sosial media istifadəçisi ilə məhkəməlik olub.

Publika.az türk mətbuatına istinadla xəbər verir ki, Didem ona “salat qabına oxşayırsan”sözlərini yazan izləyicisini polisə verib.Aparılan araşdırmalardan sonra yazını yazan şəxsin kimliyi məlum olub.

Həmin şəxs modelə belə sözlər yazmadığını bildirsə də, şikayət ərizəsi məhkəməyə təqdim edilib. Hazırda Didemi təhqir edənin 2 il 6 aya qədər həbsi istənilir.

Məhkəmə bir neçə gün sonra keçiriləcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/magazin2/343178.html