Cəbrayılda ağ fosforlu mərmi tapıldı - Foto

 21:39 17.01.2021     74

Bu gün Cəbrayıl rayonunda yerləşən keçmiş erməni hərbi mövqeyindən daha bir ədəd ağ fosforlu mərmi aşkar olunub.

Axar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) sosial şəbəkə hesabından paylaşım edib.

Bildirilib ki, bu faktlar Ermənistanın mülki şəxslərə qarşı qanunsuz, Beynəlxalq Humanitar Hüquqa zidd əməllərini sübut edir.

Ərazidən tapılmış sursatların fotolarını təqdim edirik:


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/531418.html