Gürcüstan əhalisinin 60 faizi koronavirus əleyhinə peyvənd olunacaq

 21:40 17.01.2021     84

"Hökumətin hazırladığı plana əsasən, Gürcüstan əhalisinin 60 faizi koronavirus əleyhinə peyvənd olunacaq".

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Baş epidemioloq deyib ki, 18 yaşa qədər olan şəxslər peyvənd olunmayacaq. Ona görə ki, bu yaşdan kiçik olanların peyvəndlənməsi ilə bağlı tibbi araşdırma aparılmayıb.

Mərkəz rəhbəri qeyd edib ki, kollektiv immunitetin yaradılması və normal həyat ritminə qayıtmaq üçün əhalinin 60 faizi peyvənd olunmalıdır.

Onun sözlərinə görə, peyvəndləmə ölkəyə 165-170 milyon lariyə başa gələcək.

Bildirilib ki, Gürcüstanda koronavirusa qarşı peyvəndin bu ilin birinci rübündə tətbiq olunacağı nəzərdə tutulub.

Gürcüstan COVAX platforması vasitəsilə ilkin mərhələdə "Pfizer" vaksini əldə edəcək.

Gürcüstan platformadan aldığı məktuba yanvarın 18-də cavab məktubu göndərməlidir. Sənəddə ölkədə vaksinasiyanın aparılması ilə bağlı hazırlıqlar barədə məlumat təqdim olunacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/914450.html