Kamala Harris bu postunu tərk edir

 21:49 17.01.2021     69

ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harris sabah ABŞ Konqresinin Kaliforniya ştatından senatoru vəzifəsindən ayrılacaq.

Publika.az xəbər verir ki, Harris bu barədə Kaliforniya qubernatorunu məlumatlandırıb.

Yeni vitse-prezidentin köməkçilərindən biri Kamal Harrisin köhnə vəzifəsindən ayrılacağını rəsmi olaraq yanvarın 18-də elan edəcəyini deyib. Kaliforniyanın qubernatoru Nyusom Harrisin yerinə Aleks Padillanın təyin edildiyini bildirib.

Xatırladaq ki, Cozef Baydenin inauqurasiyasının yanvarın 20-də baş tutacağı gözlənilir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/abs/343180.html