Ötən il aprel ayı istisna olmaqla bütün fəsillər ərzində Türkiyədə hava temperaturu normadan yüksək olub

 22:00 17.01.2021     68

2020-ci il dünyada bir sıra hadisələrlə yanaşı iqlim dəyişikliyi ilə də yadda qaldı. Türkiyə ərazisində də analoji vəziyyət müşahidə edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkə hidrometeoroloqları tərəfindən aparılan hesablamalara görə, ötən il aprel ayı istisna olmaqla bütün fəsillər ərzində Türkiyədə hava temperaturu normadan yüksək olub. Müşahidə edilən qlobal istiləşmə bəzi bölgələrdə ekstremal həddə çatıb. Belə ki, təbiət dəyişikliyi və yağıntının normadan daha az yağması su hövzələri və göllərin kəskin quruması ilə nəticələnib. Bu da ölkə ərazisində, xüsusilə başda İstanbul olmaqla bütün Mərmərə bölgəsində gələcəkdə yaşana biləcək su qıtlığı məsələsini gündəmə gətirib.

Ümumiyyətlə ötən ilin 11 ayı ərzində Türkiyənin bir çox bölgəsində uzun illərin ən yüksək temperaturu qeydə alınıb. Ən yüksək temperatur isə sentyabr və oktyabr ayları ərzində hesablanıb. Payızın ilk iki ayı Türkiyə ərazisində hava temperaturu əvvəlki illərə nisbətən 3.2-3.4 dərəcə yüksək olub.

Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə edilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/914451.html