"Beşiktaş" - "Qalatasaray" matçı başa çatdı

 22:06 17.01.2021     93

Türkiyə Super Liqasının 18-ci həftəsində derbi matçda lider "Beşiktaş" doğma meydanda "Qalatasaray"ı 2-0 məğlub edib.

Axar.az xəbər verir ki, oyunda qolları 79-cu dəqiqədə Jozef Souza və 90+2-ci dəqiqədə Kevin Enkudu vurub.

"Qalatasaray"ın heyətində Caqne 58-ci dəqiqədə qırmızı vərəqə görüb.

Bu nəticədən sonra "Beşiktaş" xal sayını 38-ə yüksəldərək liderliyini davam etdirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/531423.html