Ayağı aşırıb əyləşmək ürəyə ziyandır

 22:10 17.01.2021     75

Ayağı bir-birinin üzərinə aşırıb əyləşmək onurğa və ürək üçün zərərlidir.

Milli.Az bildirir ki, alimlər bu vərdişin varikoz, damar yetməməzliyi, qan dövranı pozulması, keyimə, təzyiqin qalxmasına səbəb olduğunu açıqlayıb.

Dizin altında olan sinir sıxılır və iflic olur, bu isə dabana kimi təsir edir.
Hətta uzandıqda da ayağı bir-birinin üzərinə aşırdıqda, problemlər qaçılmazdır. Xüsusən gün ərzində uzun müddət bu vəziyyətdə qalmaq ürəyin yükünü artırır

Təzyiq problemi olanlar ümumiyyətlə bu cür oturmamalıdır.

Onurğasında problem və tromba meyilli olanlar hər iki ayağını normal, rahat qoymaqla əyləşməlidir. /medicina.az

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/887404.html