Rusiya bu bölgədə hərbi əməliyyata başlayır

 22:15 17.01.2021     74

Rusiyanın Mərkəzi Afrika Respublikasında artan təhlükəsizlik problemlərinin həll edilməsinə dəstək olmaq və bölgədə təhlükəsizliyi təmin etmək məqsədilə yeni hərbi əməliyyata başlayacağı bildirilir.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu məqsədlə Rusiya Mərkəzi Afrika Respublikasının rəsmiləri ilə danışıqlar aparır. Bildirilib ki, rusiyalı rəsmilər ölkənin hərbi təyyarələrinin üsyançıların əleyhinə hava dəstəyi təmin etməsinə icazə vermək üçün danışıqlara başlayıb.

Qeyd edək ki, bundan əvvəl də təxminən 80 faizi silahlı qrupların nəzarətində olan ölkədə dəyişiklik üçün "Vətənpərvərlər" koalisiyasının ətrafına toplanan üsyançı qruplar paytaxt Banqini ələ keçirmək məqsədilə hücuma başlamışdı. O zaman da Rusiya Mərkəzi Afrika Respublikasına yardım etmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/531422.html