Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi

 22:30 17.01.2021     75

Bu gün Türkiyə Super Liqasının 18-ci turu çərçivəsində "Beşiktaş" "Qalatasaray"ı qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun meydan sahibinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Josef (79-cu dəqiqə) və J.Nkudu (90+1-ci dəqiqə) vurublar.

Bundan əlavə, oyunun 58-ci dəqiqəsində "Qalatasaray"ın oyunçusu M.Diane qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, 18 turdan sonra "Beşiktaş" 38 xalla birinci yerdə, "Qalatasaray" isə 33 xall dördüncü yerdə qərarlaşıb

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/914454.html