İndoneziyada zəlzələlər nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

 22:50 17.01.2021     82

İndoneziyanın Qərbi Sulavesi vilayətində baş verən bir neçə zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İndoneziyanın Milli Axtarış-Xilasetmə Agentliyinin rəhbəri Baqusa Puruxito deyib.

Onun sözlərinə görə, 67 Mamucu dairəsində, 11 nəfər isə Macene dairəsinə ölüb. Zəlzələlər nəticəsində 844 nəfər xəsarət alıb.

Xatırladaq ki, yanvarın 15-i İndoneziyanın Qərbi Sulavesi vilayətində yerli vaxtla ssat 02:28-də (Bakı vaxtı ilə yanvarın 14-ü saat 22:28) 6,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Macene rayonundan 6 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Yanvarın 15-dən hazırkı dövrədək qeyd edilən ərazidə 28 afterşok qeydə alınıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/914458.html