İndoneziyanın Şərqi Yava əyalətində yerləşən ən hündür vulkan püskürüb - FOTO

 23:19 17.01.2021     83

İndoneziyanın Şərqi Yava əyalətində Semeru dağında yerləşən vulkan yerli vaxtla saat 17:44 dəqiqədə püskürüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hündürlüyü 3676 metr olan dağ ikinci dərəcəli təhlükə zonası elan edilib. İndoneziya Vulkanologiya Xidməti hazırda püskürmənin səviyyəsini qiymətləndirir.

Yaxınlıqdakı Desa Sumber Mucur və Desa Kura Koboan rayonlarının sakinlərinə ehtiyatlı olmaq və dağa yaxınlaşmamaq tapşırılıb.

İndoneziya Vulkanologiya Xidmətinin məlumatına görə, hazırda ölkədə 70-dən çox fəal vulkan var və onlardan yeddisi son iki ildə püskürüb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/914457.html