Trampın reytinqi antirekordu yeniləyib

 23:30 17.01.2021     82

ABŞ-ın hazırkı prezidenti Donald Trampın reytinqi yenidən ən aşağı həddə düşərək antirekordu yeniləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Pew Research Center"in apardığı sorğunun nəticələrində deyilir.

Sorğunun nəticələrinə əsasən, dövlət başçısının fəaliyyətini respondentlərin yalnız 29 faizi dəstəkləyir. Ötən ilin avqust ayında bu göstərici 38 faizə bərabər idi.

Bundan əlavə, D.Trampın Respublikaçılar partiyasının tərəfdarları arasında da reytinqi 60 faizə qədər düşüb. Ötən ilin avqust ayında bu göstərici 77 faizə bərabər idi.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/914459.html