Əfsanəvi futbolçunun yeni işi bəlli oldu

 23:35 17.01.2021     70

İspaniyanın əfsanəvi futbolçularından Fernando Torres baş məşqçiliyə başlayıb.

Axar.az xəbər verir ki, o, “Atletiko Madrid” klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi təyin edilib.

Qeyd edək ki, F.Torres karyerası ərzində “Liverpul”, “Çelsi”, “Atletiko Madrid” kimi klubların heyətində çıxış edib. O, İspaniyanın heyətində 110 oyunda 38 qol vurub. Həmçinin iki dəfə Avropa çempionu, bir dəfə dünya çempionu olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/531424.html