Bakıda ikimərtəbəli evdə yanğın olub

 23:50 17.01.2021     83

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 100 m² olan ikimərtəbəli evin mətbəxində tavan 6 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yüksək temperaturdan plastikdən ibarət qapı və 3 ədəd məişət avadanlığı əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/914461.html