Tanınmış həkim qəfil vəfat etdi

 00:33 18.01.2021     83

Azərbaycanda daha bir həkim dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bununla bağlı professor Adil Qeybulla Feysbukda paylaşım edib.

"Peşəkar həkim, tanınmış anesteziloq-reanimatoloq, gözəl insan, dəyərli dostumuz Nizami Hacıyevin qəfil dünyasını dəyişməsi xəbəri hamımızı sarsıtdı! Ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin, nur içində yatsın", - professor bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/531455.html