Nazirə görə 3 komissiya üzvü karantinə alındı

 00:46 18.01.2021     79

Avropa Komissiyasının 3 üzvü koronavirus testi müsbət çıxan Portuqaliya maliyyə naziri Joao Leao ilə görüşdüklərinə görə karantinə alınıb.

Axar.az xəbər verir ki, Komissiyanın rəsmiləri Valdis Dombrovskis, Marqrete Vestaqer, Elisa Ferreyranın portuqal nazirlə təmasda olduqları üçün karantinə alındıqları və test verəcəkləri bildirilib.

Testin cavabı neqativ çıxacağı təqdirdə hər üç rəsmi şəxs karantindən çıxa biləcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/531452.html