Peskovdan Navalnı açıqlaması: Xəbərim yoxdur

 01:38 18.01.2021     70

Kreml sözçüsü Dmitri Peskov rusiyalı müxalif bloger Aleksey Navalnının tutulmasına münasibət bildirib.

Axar.az xəbər verir ki, Peskov “Podyom” nəşrinə açıqlamasında məsələdən xəbərdar olmadığını bildirib.

“Üzr istəyirəm, onu Almaniyada tutublar? Bu barədə məlumatlı deyiləm”, - deyə sözçü bildirib.

Qeyd edək ki, Moskvaya qayıdan Navalnı “Şeremetyevo” aerportunda saxlanılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/531460.html