Bakıda ikimərtəbəli ev yandı

 01:41 18.01.2021     75

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 100 m² olan ikimərtəbəli evin mətbəxində tavan 6 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, yüksək temperaturdan plastikdən ibarət qapı və 3 ədəd məişət avadanlığı əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/343193.html