Palçıq vulkanları niyə aktivləşib - Video

 01:50 18.01.2021     75

Azərbaycandakı palçıq vulkanlarının əksəriyyəti aktiv hesab olunur. Bir neçə gün bundan əvvəl Qobustan rayonununda "Şıxzərli" vulkanının püskürməsi bu sahədəki vəziyyəti aktuallaşdırır.

Axar.az Xəzər Xəbər-ə istinadən məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi Orxan Abbasov deyib ki, ölkəmiz üçün il ərzində 10-a qədər püskürmə xarakterikdir. Amma bu say tektonik vəziyyətə görə dəyişə bilər.

Orxan Abbasov qeyd edib ki, pandemiya şəraiti palçıq vulkanları ilə bağlı monitorinqlərin aparılmasını çətinləşdirib. Amma gələcəkdə palçıq vulkanları ilə bağlı tədqiqatlar daha geniş şəkildə aparılacaq.

Daha ətrafı videomaterialda:


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/531461.html