Misirdə 3 min il tarixi olan mumiyalar tapılıb

 22:30 18.01.2021     54

Misirin Saqqara bölgəsində nekropolisdə aparılan arxeoloji qazıntılar zamanı 3 min il tarixi olan 54 taxta tabut və mumiyalar aşkar edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fironların 6-cı sülaləsi dövründə dəfn ayinlərinin keçirildiyi kraliça Neit məbədində misirli arxeoloq Zahi Havasın rəhbərlik etdiyi ekspedisiya bu mumiyaları firon Tetinin ehramına yaxın ərazidə tapıblar. Sözügedən məbəd UNESCO-nun Dünya İrsi Siyahısına daxildir və turistlərin ən çox ziyarət etdiyi məkanlardan biri sayılır. Üzərində müxtəlif rənglərdə naxışlar olan tabutlar Misirin "Yeni fironluq" dövründə yaşamış hökmdarların ailə üzvlərinə məxsusdur.

Hazırda pandemiya səbəbindən Misirin turizm sektoru əcnəbi turistlərdən məhrum olub. Belə ki, 2019-cu ildə buraya müxtəlif ölkələrdən 13 milyondan çox turist gəldiyi halda, ötən il bu rəqəm cəmi 3 milyon olub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/914730.html