İranlı nazir ermənilərin hərəkətlərini vəhşilik adlandırdı

 23:02 18.01.2021     91

Müharibə edən tərəflər adətən dini abidələrə toxunmurlar. Lakin ermənilərin Azərbaycan ərazisində etdikləri hərəkətlər təəssüf doğurur.

Axar.az xəbər verir ki, bu sözləri İranın iqtisadiyyat və maliyyə işləri naziri Fərhad Dəjpəsənd deyib.

O bildirib ki, işğal edilmiş Qarabağda məscidlərə qarşı edilən hörmətsizlik yolverilməzdir. Müasir dünyada belə hərəkətlər vəhşilik kimi qiymətləndirilməlidir.

Nazir diqqətə çatdırıb ki, İran işğaldan azad edilən rayonlarda məscidlərin bərpasına yaxından kömək göstərməyə hazırdır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/531693.html