Zamana MEYDAN OXUYAN 50 yaşdan yuxarı qadınlar - Pəhriz saxlamır, makyaj etmir və... - FOTO

 23:25 18.01.2021     51

Gözəllikləri ilə 90-cı illərin ən məşhur qadınlarına çevrilənlər indi 50 yaşlarına çatsalar belə, onlar üçün zamanın çox əhəmiyyəti yoxdur. Sanki ötüb keçən illərə qarşı müstəqilliklərini elan edirmiş kimi getdikcə gözəlləşirlər. Bəziləri qüsursuzluqlarını genetikalarına borclu olduqlarını dilə gətirir, bəziləri isə gündəlik sağlamlıq vərdişlərindən əl çəkmir.

Milli.Az 50 yaşı olmasına rəğmən, cazibərdarlığını qoruyub saxlaya bilən dünyaca məşhur qadınları təqdim edir.

Klaudiya Şiffer (50)

80-ci illərin sonunda diskotekada kəşf edilən alman model üzünə ayda 4 dəfə 90 dəqiqəlik masaj etdirir. 3 uşaq anası olan model yoqa və pilateslə məşğuldur. İti ilə uzun yürüşlərə çıxmağı sevir. Pəhriz saxlamır, sağlam qidalanmağa üstünlük verir.

Naomi Kampbell (50)

İngilis model dövrünün moda sənayesi və mətbuatı tərəfindən supermodel elan olunan 6 qadından biridir. Vegetariandır, yoqa və pilateslə məşğul olur. İldə 3 dəfə qırmızı bibər, limon suyu və ağcaqayın bəkməzindən ibarət xüsusi qarışıq ilə detoks edir.

Cennifer Lopez (51)

Fit bədənini illərdir etdiyi idmana və sağlam qidalanmağa borcludur. Onun üçün bol su içmək ilk qaydadır. Gündə 8 stəkan su içir, tərəvəzlərlə qidalanır, uzun müddət Günəş altında dayanmağı sevmir. Hər gün meditasiya edir.

Cennifer Eniston (51)

Aktrisa 4:30-5:00 radələrində günə başlayır. Səhər ilk olaraq limonlu isti su içir. Gündə 20 dəqiqə meditasiya edir. Banan, qarağat, albalı, kakao ilə səhər yeməyi yeyir. Avokadolu yumurta və qızardılmış çörək də sevir. Yeməkdən sonra 40 dəqiqə yoqa ilə məşğul olur. Velosiped, qaçış sevdiyi idmanlardandır.

Katerina Zeta-Cons (51)

Aktrisa qüsursuz cildi və gözəlliyinin sirrini arqan yağından istifadə, bol su və xoşbəxtliyə bağlı olduğunu deyir. Dərisinin quru olması ona problem yaşatmır. Çünki su içməyi və gecə yatarkən arqan yağından istifadə etməyi sevir.

Salma Hayek (54)

Meksikalı aktrisa üzünü yumadan əsla yatmır. Xəstə və yorğun olması bu vərdişinə əngəl deyil. Botoks etdirməyi sevməyən aktrisa yaşamağı və yemək yeməyi sevdiyini deyir. Yoqa ilə məşğul olarkən özünü çox xoşbəxt hiss edir. Ən yaxşı xoşbəxtlik qaynağının isə həyat yoldaşının ona iltifat etməsi olduğunu bildirir.

Monika Bellucci (56)

16 yaşında modelliyə başlayan italyalı gözəl günə soyuq duşla başlayır. Üzü üçün termal su və canlandırıcı spreydən istifadə edir. Çox makyajın qadını çirkinləşdirdiyinə inanır. Həftədə 1-2 dəfə şampundan istifadə etmək ona kifayətdir. Saçlarının parlaması üçün zeytun yağından istifadə edir. Fendən əsla istifadə etmir. Sağlam qidalanmağı, üzməyi və bol su içməyi sevir. (publika.az)

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/914542.html