II İeronimosdan həyasızlıq: Türkiyədən kəskin cavab

 00:16 19.01.2021     76

Yunanıstanın baş yepiskopu II İeronimosun açıqlaması Şərqi Trakiyada yaşayan müsəlman türklərin hüquqlarını qəsb etmək məqsədi daşıyır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Yenidən Rifah Partiyasının yaydığı bəyanatda bildirilib.

"Diyanət Vəqfinin rəhbəri və xarici işlər nazirinin bunu qınamaqla yanaşı, beynəlxalq platformalarda nəticə yönümlü bir təşəbbüs göstərəcəyini gözləyirik", - Yenidən Rifah Partiyası bəyan edib.

Qeyd edək ki, yunan baş yepiskop həyasızcasına İslamın din deyil, siyasi partiya olduğunu və müsəlmanların müharibə arxasınca qaçdığını bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/531705.html