Afrikada BMT sülhməramlıları öldürüldü

 00:27 19.01.2021     67

Mərkəzi Afrika Respublikasında (MAR) BMT-nin iki sülhməramlısı silahlı qruplaşmanın hücumu nəticəsində öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə BMT missiyası məlumat yayıb.

Banqasu şəhərindən 17 km uzaqlıqdakı məntəqədə öldürülən missiya üzvlərinin Qabon və Mərakeşdən olduğu bildirilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/531704.html